Redaksiya.az xəbər verir ki, Türk düşmənçiliyi ilə bilinən, və ermənipərəst, keçmiş ABŞ senatoru 11 il həbs alıb.
Prokurorlar 15 il həbs cəzası tələb etmişdilər, lakin vəkilləri bunu 71 yaşlı Nyu-Cersi Demokratı üçün “həyat və ölüm hökmü” adlandırmışdılar.
Çərşənbə günü məhkəmə keçmiş senator Bob Menendezi illərlə davam edən rüşvət və korrupsiya sxeminə görə 11 il həbs cəzasına məhkum etdi. Bu sxem ona qızıl külçələr və nağd pullar qazandırmışdı.
Menendez, Nyu-York Cənub Dairəsi üzrə ABŞ Rayon Hakimi Sidney Ştayndan mərhəmət istədi və iki dəfə göz yaşlarını saxlaya bilmədi.
“Hər şeyimi itirmişəm,” – deyə o, Senatda işlədiyi müddətdə başqalarına kömək etmək üçün gördüyü işləri xatırladaraq bildirdi. O, məhkum edildikdən sonra vəzifəsindən istefa vermişdi.
Sevinc Kərimova



