Türkiyə-Ermənistan dialoqu üzrə növbəti görüşün yeri açıqlanıb

0e9d935f164992690485008020510604792.jpg

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün yeri bilinib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində bildirib ki, üçüncü görüş də Vyanada keçiriləcək.

XİN başçısı görüşün vaxtını açıqlamayıb. Qeyd edək ki, xüsusi nümayəndələri birinci görüşü Moskvada, ikinci görüş isə Vyanada keçirilib.