Türkiyədə bəzi məhsullara görə ƏDV azaldılacaq

5a2b8fee16485288411389875521028174.jpg

Türkiyədə bir sıra mallar, o cümlədən şəxsi qulluq məhsulları və tibbi avadanlıqlar üzrə əlavə dəyər vergisi (ƏDV) azaldılacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviter hesabında məlumat verib.

“Biz yuyucu vasitələr, sabunlar, tualet kağızı, salfetlər və uşaq bezləri kimi malların ƏDV-ni 18 fazidən 8 faziə endirmək qərarına gəldik”, – deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti, həmçinin bildirib ki, tibbi avadanlıqlara görə ƏDV 18 faizdən 8 faizə endiriləcək. Yaxtaların, qayıqların və kruiz gəmilərinin satışında ƏDV dərəcəsi 1 faizdən 18 faizə qaldırıldı. R.T.Ərdoğan onu da vurğulayıb ki, bütün iaşə xidmətləri üçün ƏDV dərəcəsi 18 faizdən 8 faizə endirilib.