Üzümün sağlamlığa çox faydası var

Esas 1.jpg

Üzümün faydaları orqanizmin sağlamlığı və immuniteti üçün çox vacibdir.

“Qafqazinfo” xəbər verir ki, üzümün antioksidan xüsusiyyətləri E vitaminindən 50 dəfə, C vitaminindən isə 30 dəfə çoxdur. Üzümün beyin sağlamlığından həzm sisteminə, dəri sağlamlığından xərçəngə qədər bir çox faydaları var.

Üzümdə B6, C, K vitaminləri, kalium, kalsium, mis və manqan kimi vacib minerallar var. Bədəninizin ehtiyac duyduğu bəzi qida dəyərlərini gündəlik istehlakla qarşılaya bilərsiniz. Üzümün tərkibində olan flavonoidlər, resveratrol və fenolik turşular ürək xəstəlikləri riskini azaltmağa, xolesterolu salmağa və qan axınını tənzimləməyə kömək edir.