Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Scraped 1787536337 2648e3af

Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib.

Bu barədə Xalq artistinin ailəsindən məlumat verilib.

Qeyd edək ki, Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində anadan olub. Skripka və bəstəkarlıq üzrə təhsil alıb. 1990-cı ildə Xalq artisti adına layiq görülüb. Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət”, “Şərəf” və I dərəcəli “Əmək” ordenləri ilə təltif edilib. Yarım əsrdən artıq Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərib. 3 balet, 3 musiqili komediya, 25 konsert, 20 sonata, 5 simfonik muğam, 8 simfoniya, 6 simfonik poema, çoxsaylı kamera əsərləri, 100-dən artıq mahnı və romansın müəllifidir.