Xankəndi stadionunda Xankəndi yazıldı!

192121 Ys3ns5sq7s.jpeg

Xankəndi şəhər stadionunda təmir-bərpa işləri sürətlə davam edir.

Tribunalarda yeni oturacaqların çox hissəsi artıq quraşdırılıb. Bundan başqa stadionun daxilindəki otaqlar da müasir standartlara uyğun təmir olunur.

Artıq stadionda tribunanın üzərinə Xankəndi sözləri də yazılıb.

Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində “Qarabağ” – MOİK matçının məhz bu stadionda keçirilməsi gözlənilir. Oyun dekabrın 21-də olacaq.