“Xarizmatik Natiq Ol!” layihəsi davam edir

2efad077 37f6 415c 9cbf 7e116734ffad 69e6107f83561

“Xarizmatik Natiq Ol!” layihəsi çərçivəsində təlimlər plan üzrə davam etdirilir.

Layihə 9–11-ci siniflərdə təhsil alan 30 nəfər şagirdin natiqlik, düzgün nitq, ünsiyyət və özünüifadə bacarıqlarını inkişaf etdirməyə yönəlib.

Təlimlər interaktiv formatda – praktiki çıxışlar, qrup işi, debatlar və təqdimatlar vasitəsilə keçirilir. Şagirdlər həm fərdi, həm də qrup şəklində çıxış edərək ictimai nitq vərdişlərini, özünəinam və liderlik bacarıqlarını möhkəmləndirirlər.

Təlim prosesində “KarnegiKlub” Təlim Mərkəzinin beynəlxalq sertifikatlı təlimçisi Məlahət Budaqova metodiki dəstək göstərir. Şagirdlərin irəliləyişi diqqətlə izlənilir və çıxış bacarıqlarında, sərbəst nitqdə əhəmiyyətli irəliləyişlər müşahidə olunur.

Layihənin növbəti mərhələlərində şagirdlərin yekun ictimai çıxışlarının təşkili və qiymətləndirilməsi nəzərdə tutulur. Proqram məktəb mühitində sağlam ünsiyyət mədəniyyətinin formalaşmasına, gənclərin intellektual və şəxsi inkişafına və onların gələcək akademik və peşəkar uğurlarına mühüm töhfə verməyə davam edəcək.