“Yeni hərflər: qlobal təhsil və iş imkanları” qrant layihəsi çərçivəsində Çin dili təlimləri uğurla davam edir.
Layihə çərçivəsində Abşeron rayonu, Q. Xaliqov adına 1 nömrəli tam orta məktəbin 10–11-ci sinif şagirdləri üçün Çin dilinin əsas səviyyələri üzrə xüsusi təlim proqramının icrası nəzərdə tutulur. Təlimlər zamanı şagirdlərə danışıq, oxu və yazı bacarıqları üzrə baza biliklər aşılanır, interaktiv metodlar vasitəsilə dil öyrənməyə maraq və fəallıq artırılır. Eyni zamanda iştirakçılar qlobal əmək bazarının tələbləri, beynəlxalq ünsiyyət və əməkdaşlıq imkanları barədə də məlumatlandırılırlar.
Xatırladırıq ki, “Yeni hərflər: qlobal təhsil və iş imkanları” qrant layihəsi Şirinova Sevil tərəfindən Abşeron rayonu Q. Xaliqov adına 1 nömrəli tam orta məktəbdə icra olunur. Layihənin əsas məqsədi şagirdlərin xarici dil biliklərini inkişaf etdirməklə onların gələcək təhsil və karyera imkanlarını genişləndirmək və müasir qlobal bacarıqlara yiyələnmələrinə dəstək verməkdir.












