“Yeni Hərflər: Qlobal Təhsil və İş İmkanları” qrant layihəsi icra edilir

A57a7ffa 2276 4923 9037 dd7115f9da4c 69d39dda714d1

“Yeni Hərflər: Qlobal Təhsil və İş İmkanları” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.

Layihənin əsas məqsədi Çin dilinin tədrisinin genişləndirilməsi, şagirdlərin beynəlxalq əlaqə və ünsiyyət bacarıqlarının gücləndirilməsi, onları müasir texnologiya və qlobal iqtisadiyyatın tələblərinə uyğun hazırlamaqla Azərbaycanın təhsil sisteminin modernləşməsinə töhfə verməkdir.

Layihə çərçivəsində Abşeron rayonu, Q. Xaliqov adına 1 saylı tam orta məktəbin 10–11-ci siniflərində təhsil alan şagirdlərə Çin dilinin əsas səviyyələri üzrə danışıq, oxuma və yazma bacarıqları aşılanacaq.

Açılış mərasimində məktəbin direktoru Şərəf Qasımova, direktor müavini Mahirə Soltanova, həmçinin məktəbin xarici dil müəllimləri çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, layihə Şirinova Sevil tərəfindən Abşeron rayonu, Q. Xaliqov adına 1 saylı tam orta məktəbdə icra olunur.