Yük və minik avtomobilləri toqquşub

C157297d16667626908155295141027734.jpg

Masallı rayonunda iki nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

Hadisə köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “KamAZ” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.