Rüstəm İbrahimbəyovun nəşi bu gün Bakıya gətiriləcək

Aec851e516473274096659247681014988.jpg

Xalq yazıçısı, kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rüstəm İbrahimbəyovun nəşi bu gün Moskvadan Bakıya yola salınacaq.

Bu barədə AKİ-nin katibi Əli İsa Cabbarov məlumat verib.

Onun sözlərinə görə, təyyarə Moskvadan saat 20:00-da qalxacaq.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovla vida mərasimi 16 mart saat 12:00-da Nizami Kino Mərkəzində olacaq.