Saxta COVID pasportları ilə bağlı açılan cinayət işlərinin sayı açıqlanıb

E9a53d0e164732846517094171410153021.png

2021-ci ildə saxta COVID pasportu və vaskin sənədi faktları ilə bağlı 35 cinayət işi başlanılıb.

Bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib.

O bildirib ki, faktlardan 24-ü məhz saxta COVİD pasportu verilməsi ilə bağlıdır: “Bu qəbildən olan cinayət işlərinə tibbi işçiləri cəlb edilib. Onlar barəsində aparılan istintaq başa çatdırılaraq baxılması üçün məhkəməyə göndərilib”.