Alpaqut üzrə VIII – Azərbaycan birinciliyi və çempionatı başa çatdı – FOTOLAR

B50340c8 a2bd 4c5c 825a 52ca3a45f9d6 0.jpg

07.10.2023- cü il tarixində Abşeron Olimpiya İdman kompleksində start götürən Alpaqut üzrə VIII – Azərbaycan birinciliyi və çempionatı 08.10.2023 cü il tarixində başa çatdı.

Yarış Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə, Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirildi. Yarışda respublikanın 40-a yaxın filialından 400-dən çox idmançı Alpaqut döyüş sənətinin Ayça, Batur, Caymaz, Qurşaq döyüş sistemləri üzrə yarışaraq öz güclərini sınadılar.

Yarışın rəsmi açılış mərasimində fəxri qonaqlar sırasında Gənclər və İdman Nazirliyinin nümay, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Dəniyar Teymurlu, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Hakimlər kolleqiyasının sədri Hicran Şərifov, Dünya Alpaqut Federasiyası İdarə heyətinin üzvləri Emil Rəhimov, DAF Azərbaycan Nümayəndəliyinin prezidenti Qüdrət Nuriyev və vitse-prezident Nuranə Şıxəliyeva, Dünya Döyüş Növləri Oyunları Komitəsinin Azərbaycanda səlahiyyətli nümayəndəsi Barat Orucov, Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti Allahverdi Rüstəmov, DAF Azərbaycan nümayəndəliyi mədəniyət deportamenin rəhbəri Elmirağa Budaqov, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin Sədri Fuad Rəsul, Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komisiyasının sədri Şahin Musaoğlu, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədr müavini Cavid İsmayıl, Jurnalis Örtxan Eltaç, BDU-nin müəllimi,alim İradə Əlili, Arpaçay İdman klubunun prezidenti Yavər Hüseynov və vitse prezidenti Cavid Əliyev və ölkədə fəaliyyət göstərən digər təşkilatlarının rəsmiləri, qazilər, media nümayəndələri iştirak edib.
Yarışın bədii hissəsində

Mədəniyyət Və İncəsənət Universitetinin tələbəsi, gənc müğənni Mərdiyeva Nurbəniz, Gənc yazar bədii qiraətçi Aysu Türkel, İki dövlət bir millət qrupunun solisti Nəsib Tağıyev iştirak etdi.

Qeyd edək ki, Yarışın direktoru Kustan Vasif Namazv, Baş katib Kürşad Rafiq Qasımov, Hakimlər kolleqiyasının sədri Elşən Məmmədov, Baş hakim Ərşad Həsənov, Apelyasiya şurasının sədri Qabil Hüseynov, Texniki direktor Cəfər Cəfərsoy və yarışın komendantı Kənan Quliyev idi.

Yarışın ümumi komanda üzrə nəticələrini aşağıda təqdim edirik.Ayça sistemi üzrə:
1-ci yer Sabunçu
2-ci yer Suraxanı
3-cü yer Emil Şamilov idman klubu

Batur sistemi üzrə:
1-ci yer Laçın
2-ci yer Beyləqan
3-cü yer Şəmkir

Çaymaz sistemi üzrə
1-ci yer Ağdam
2-ci yer Harun döyüş klubu
3-cü yer Zəngilan

Qurşaq sistemi üzrə
1-ci yer Fatmai
2-ci yer Şabran
3-cü yer Yasamal

Mukafatlandırma mərasimində fəxri qonaqlar iştirak edərək idmançılara diplom,medal və eyni zamanda komanda kuboklarını təqdim etdi.