“Apple” və “Paramount” öz yayım xidmətlərinin birləşdirilməsini müzakirə ediblər

17016945593013439743 1200x630.jpg

“Apple” və “Paramount” şirkətləri öz onlayn-kinoteatr xidmətlərinin birləşdirilməsi məsələsini müzakirə ediblər. Bu, əyləncə sahəsində rəqabət aparan nəhəng şirkətlərin öz təkliflərini daha əlçatan və cəlbedici etmək üçün birləşmək cəhdidir.

Şirkətlər, hər iki xidmətə ayrı-ayrılıqda abunə olmaqdan daha ucuz başa gələcək “Paramount + və Apple TV+” birgə təklifinin işə salınması ehtimalını müzakirə ediblər.

“Apple” və “Paramount” arasındakı danışıqlar hələ ilkin mərhələdədir. Bu xəbərin fonunda hər iki şirkətin səhmlərinin dəyəri sürətlə artmağa başlayıb.
4 Dek, 2023
15:50
457
577
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

“Report”un xəbərinə görə, səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə həyata keçirilir.

Z.Sırakaya YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək.
Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.