Arif Babayevin son vəziyyəti AÇIQLANDI

1753526469 1753385945 e58d758c 66df 333c 8663 2b7dd3f21ad1 850.jpg

“Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır”.

Bu barədə APA-ya Mərkəzi Klinikanın Baş həkimi Prof. Dr. Kamran Musayev məlumat verib.

“Müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, – o bildirib.

Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.