Ceyranbatanda 2 min manatlıq it oğurlandı

1698049574 65362a886a9ad65362a886a9ae169804864865362a886a9ab65362a886a9ac.jpg

Abşeronda it oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 20-də Ceyranbatan qəsəbəsi ərazisindən qəsəbə sakini C.Məmmədova məxsus 2000 manat dəyərində iti oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini R.Şahbazov saxlanılıb. Araşdırma aparılır.