Milli Yaylaq Yurduna Alpaqut yürüşü təşkil edilib

368460047 10232293464627585 7246036038841836508 n 0.jpg

18-20 avqust tarixində Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyinin kollektivi 40 nəfərlik heyətlə Göygöl rayonunda Hacıkənd qəsəbəsindən yaxın yüksəklikdə qurulmuş Xan Yurduna yürüş etdilər

Yürüş çərçivəsində müxtəlif yönümlü təlim məşqləri keçirilmiş, eyni zamanda xüsusən milli adət-ənənələrimizn canlandırılması üçün Alpaqut Turan Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemlərinə uyğun olaraq döyüş səhnələri, Qurşaq tutmaq və ox atmaq kimi yarışmalarda təşkil olunmuşdur.

Xan yurdunun rəhbəri, Milli Yaylaq Festivalı peojesinin rəhbəri Müzadil Həsənovun təklifi ilə, böyük əzəməti ilə Xan yurdundan görünən, dəniz səviyyəsindən 2109-metr hündürlükdə yerləşən Cavad Xan zirvəsinə Alpaqut yürüşü təşkil edilmişdir.