44 günlük Zəfər marafonu, eyni zamanda Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman oğullarımızın fədakarlığını və rəşadətini nümayiş etdirmiş oldu!
Tarixdə əbədi qalacaq 44 günlük Vətən Müharibəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsidir. Qəhrəman hərbçilərimizin şücaəti, qanı-canı bahasına qazanılan bu Zəfər hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Otuz ilə yaxın müddətdə düşmən işğalı altında qalmış əzəli, əbədi torpaqlarımızın bir nəfəsə düşmən tapdağından təmizlənməsi milli qürurumuzun təntənəsinə çevrilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qalib Azərbaycan ordusu dünyaya misli görünməmiş səs saldı. Azərbaycan təkcə son on illiklərdə iqtisadi qüdrəti sayəsində əldə etdiyi müasir silahları ilə deyil, həm də əsl qəhrəmanlıq, mərdlik, rəşadət nümunəsi göstərən əsgər və zabitləri ilə düşmənin gözünə kül üfürdü. Onun havadarlarını qorxuya saldı. Vətən Müharibəsində qazanılan Zəfər eyni zamanda milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Azərbaycan xalqının əzm və iradəsi dövlətimizin iqtisadi, siyasi, hərbi gücü, müasir ordu quruculuğu, xalqımızın yenilməz birliyi Qələbəmizin təmin edilməsində həlledici faktorlara çevrildi. Azərbycan 30 ilə yaxın müddət ərzində icra edilməyən BMT qətnamələrini özü icra etmək məcburiyyətində qaldı. Baş verən hadisələr bir göz qırpımında olduğu üçün bəzi dairələr necə davranmalı olduqlarını belə bilmədilər. Lakin beynəlxalq ictimaiyyət yaxşı anlayırdı ki, kağız üzərində qalan, tribunalardan sadəcə elən edilən bəyanatlar, qərarlar icra edilir Azərbaycan tərəfindən Məhz buna görə də ölkəmizin haqq işinə mane olmaq niyyətlərini açıq-aşkar büruzə verə bilmədilər. Bu məqamda ölkəmiz beynəlxalq hüququn ona verdiyi hüquq prinsiplərindən məharətlə istifadə etdi. Azərbaycan dünyanın ən qarışıq zamanında çox səliqəli, ağıllı döyüş apararaq, beynəlxalq ictimaiyyəti at qoydu. Ölkəmizdən bu müharibədən hələ çox şeyin öyrənilməli olduğunu etiraf etdi bəzi hərbi dairələr. Ən müasir silahlarla silahlanmış Ordumuz düşməni torpaqlarımızdan “iti qovqn kimi qovdu!”. Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan etdiyi “Biz torpaqlarımızı öz gücümüzlə azad edəcəyik” mesajını qətiyyətlə həyata keçirdi. Azərbaycan tarixinin şərəfli səhifəsi olan 44 günlük savaş eyni zamanda Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman oğullarımızın fədakarlığını və rəşadətini nümayiş etdirmiş oldu. 30 illik həsrətdən, nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Öz yurdundan didərgin düşən soydaşlarımızın Vətən yarasına, nisgilinə son qoyuldu.
Nəcibə Abdullayeva;
Neftçal rayonu, həkim





